"Biz təbii olanı seçirik!" RU   
   Sağlam AURA

Auranı necə təmizləmək və gücləndirmək olar?

Şəkil

Aura - bədənimizin ətrafında enerji sahəmizi əhatələyən qoruyucu qalxanımızdır.

Auranın təmizlənməsi nə üçün zəruridir?

Gündəlik həyatda neçə-neçə insanla ünsiyyətdə oluruq və özümüzdən asılı olmayaraq, bütün neqativ enerjiləri auramıza toplayırıq. Gün ərzində insanların astral bədənləri bir-birinə qarışır və nə qədər çox insanla görüşsək, astral bədənimizə bir o qədər çox düşüncə forması və enerji bağlanır.

Viruslar ve fiziki mikroblar kimi, nifrət, kin, paxıllıq, dilxorluq və qanqaralıq və s. neqativ düşüncə və duyğular auramızda toplanır, bütün enerjimizi azaldır, bu da səhətimizi pisləşdirir, insanları bizdən uzaqlaşdırır, qəzalar-bəlalar əmələ gətirir.

Əgər bir insan xəstədirsə və ya depressiyadadırsa, demək, aurası kirlidir və onu təmizləmək üçün çoxsaylı meditasiya gərəklidir. Artıq qeyd etdiyimiz kimi, bütün xəstəliklər əvvəlcə aurada başlayır, sonra isə fiziki bədənə nüfuz edir. Auramız nə qədər təmiz olarsa, xaricdən gələn neqativ təsirlərdən bir o qədər mühafizə olunarıq.

Auramızın təmizlənməsi mənəvi gigiyena üçün lazımdır

Pozitiv enerjimizi mümkün olduqca artırmağımız çox vacibdir. Siz ancaq xoşbəxt, rahat və sevgi doluysanız, auranızın rəngi parlaq olar. Nəticə etibarilə, Auramız nə qədər parlaq və güclü olarsa, bir o qədər sağlam olarıq və bir o qədər doğru insanları ve fürsətləri özümüzə çəkərik. Bunun üçün də müntəzəm olaraq auramızı təmizləməliyik.

Auranı təmizləmək gündə sadəcə bir neçə dəqiqə alır və buna dəyər. İdeal olan, auranın gündə iki dəfə təmizlənməsidir. Bunu səhər oyandıqdan sonra və yatmazdan əvvəl edə bilərsiniz. Ən azı yatmazdan əvvəl auranı təmizləmək vacibdir. Gündəlik auramızı təmizləyərək özümüzü psixi hücumlara və narahatlıqlara qarşı qoruyuruq.

Auramızı hansı vasitələrlə təmizləyə və gücləndirə bilərik?

Təmiz hava və düzgün tənəffüs - güclü və sarsılmaz auraya malik olmağımız üçün olduca zəruridir. Tənəffüs prosesi auramızı enerji ilə doldurur və gücləndirir.

Yoqlar auranı balanslaşdırmaq üçün Pranayama texnikasından istifadə edirlər. Prana (yəni oksigen) - auranı təşkil edən həyatverici substansiyadır. Pranayama - beyin yarımkürələrinin oksigenlə tam təmin olunmasına şərait yaradan xüsusi tənəffüs texnikasıdır. Onu gündə bir-iki dəfə icra etmək çox faydalıdır (Pranayama - müalicəvi tənəffüs texnikası >>).

Nəticə etibarilə, auranı təmizləmənin və ya maqnit sahəmizi bərpa etmənin ən sadə yolu açıq havada, o cümlədən oksigen mənbəyi olan ağacların çox olduğu yerdə adi gəzinti ola bilər.

Ağaclar - energetik sahəmizi təmizləmək üçün çox faydalıdır. Sizə uyğun olan ağaca söykənməklə energetikanızı təmizləyə bilərsiniz (Ağaclar tükənməz həyat enerjisi mənbəyidir  >>). Həmçinin torpaqla, bitkilərlə təması artırmaq üçün çəmənlikdə ayaqyalın gəzmək, bitki əkmək faydalıdır. Bütün bunlar sizi təbiətlə birləşdirərək, canlandırır, energetik auranızı gücləndirir və şəfa verir. Yoqların istifadə etdiyi xüsusi meditasiya üsulu - Torpaqlama insanın yerlə əlaqəsini bərpa etməsini təmin edir.

Meditasiya - Auranı gücləndirmək və çakraları açmaq üçün ən effektiv və əsas vasitələrdən biridir. Meditativ proseslər beyin qan dövranını artıraraq, beyini daha aktiv işləməyə məcbur edir. Çakraları açmaq və auranı gücləndirmək üçün xüsusi meditasiya texnikaları icra edilməlidir (Auranı təmizləmək və gücləndirmək üçün meditasiya  >>).

Duaların oxunması - İnsanı İlahi qüvvəyə yaxınlaşdırmaqla, mənəvi paklıq qazanmasına, yəni astral bədəninin təmizlənməsinə və aurasının güclənməsinə şərait yaradır. Məlum olduğu kimi, ibadət, ilk nöbədə insanın özü üçün lazımdır. Mənən təmizlənmək üçün ibadət etmək, mənsub olduğunuz dinin müqəddəs kitabını, dualarını mütləq anlayaraq oxumaq vacib vasitələrdən biridir (İslamın əsas dualarının mənaları  >>).

Bütün bu vasitələr hər biri ayrı-ayrılıqda gərəklidir. Onlar bədbinliyi, gərginlyi, yorğunluğu azaldır, insanda mənəvi paklıq, xeyirxahlıq yaradır, bədəni müsbət enerji ilə doldurur və bu enerji mütləq quruculuq, yaradıcılıq işlərinə yönəldilməlidir.

Neqativ enerjini kənarlaşdıran əlavə vasitələr

Ehtiyac olan hallarda auranızı neqativ enerjidən təmizləmək üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:

Duş qəbul edərkən ləyənin içərisinə bir çay kaşığı sirkə qarışdırmaqla başınızın üzərindən axıdaraq bütün bədəninizi yuyun. Zəiflik hiss etdiyiniz zamanlar auranızı bu cür təmizləyə və gücləndirə bilərsiniz.

Od evin energetikasını təmizləmək üçün yaxşı vasitəsir. Mütəmadi olaraq şam yandırmaqla evinizdə energetik təmizlik apara bilərsiniz.

Bundan başqa, çoxlarına məlum olan üzərlik və ya adaçayını yandırıb qoxusunu yaymaq evimizdəki neqativ enerjini kənarlaşdıra bilər.


Ukrayna alimi dua ilə müalicə üsulunun patentini almışdır       [ardını oxu] >>


Sağlam aura bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: