"Biz təbii olanı seçirik!" RU   
   Sağlam AURA

Pranayama - müalicəvi tənəffüs texnikası

Şəkil

Təmiz hava və düzgün tənəffüs güclü və sarsılmaz auraya malik olmağımız üçün olduqca zəruridir. Auramızı maksimal enerji ilə təmin etmək üçün, mütləq burunla nəfəs almaq lazımdır. Bir çox insanlar ağızla nəfəs almaq kimi zərərli vərdişə malikdirlər, halbuki, unutmaq olmaz ki, burun tənəffüsü sağlamlıq üçün daha təbii və daha faydalıdır. Ağızla nəfəs almaq insanı xəstəliklərə qarşı daha həssas edir, auranı və insanın orqanizmini zəiflədir.

Burun tənəffüsünün faydalı olmasının başqa bir səbəbi də vardır: Burunda havadan prananı mənimsəyən xüsusi səthlər vardır. Prana - demək olar ki, auranı təşkil edən həyat substansiyasıdır. Bir çox şərq tənəffüs texnikalarında nəfəsi içəri çəkərkən diqqəti burunun ucuna və bütün burun nahiyəsinə cəmləşdirmək mütləq şərt hesab olunur. Bu, prananın mənimsənməsini yaxşılaşdırır, auranın həyat gücünü artırır və bütün enerji sisteminin fəaliyyətini stimullaşdırır.

Bizim enerjimiz müsbət və mənfi, kişi və qadın enerjisi, günəş və ay enerjisi olmaqla, əks qütblərə malikdir. Məhz pranayama texnikası auranı tez enerji ilə dolduraraq, bədənimizin əks qütblərini tarazlaşdırır. Bu tənəffüs texnikası həmçinin məlumatı yadda saxlama və mənimsəmə qabiliyyətini də artırır. Pranayama baş beyin yarımkürələrinin işini balanslaşdırmağa yardım edir. Sərf olunan vaxtı azaltmaq üçün öyrənməyə başlamazdan əvvəl, eləcə də sadəcə gün ərzində özümüzü əlavə enerji ilə təmin etmək üçün pranayama tənəffüs texnikasından istifadə etmək olar.

Əsas pranayama texnikası nəfəsi bir burun dəliyindən almaq, digər burun dəliyindən verməkdən ibarətdir. Diqqəti, xüsusən nəfəsi alarkən, burunun ucunda cəmləşdirməyi unutmayın. Çünki bu, tənəffüsün effektini dəfələrlə artırır. Pranayama texnikasını icra edərkən müəyyən tənəffüs ritminə riayət etmək vacibdir. Bunu barmaqlarınızın köməyi ilə daha rahat edə bilərsiniz.

Beləliklə...

Pranayama tənəffüs texnikasını necə icra etmək lazımdır?

Nəfəsinizi verməklə başlayın. Dil ön dişlərin arxasında olmalıdır.

Sağ əlin baş barmağı ilə sağ burun dəliyini tutun (burun pərinin üstündən sıxaraq), sonra fikrinizdə aramla 4-ə qədər sayaraq, açıq olan sol burun dəliyi ilə nəfəsi içəri çəkin.

Baş barmağı buraxmadan, digər barmaqlarla (orta və ads-azız barmaqla) sol burun dəliyinizi də sıxın. Bu zaman burnunuz tamamilə bağlı olacaq. Nəfəsi içəridə saxlayarkən 16-ya qədər sayın.

Əgər əvvəllər heç vaxt tənəffüs texnikası icra etməmisinizsə, bu qədər müddət nəfəsinizi saxlamaq çətin ola bilər. Belə halda, rəqəmi azaldın və ya daha sürətli sayın. Zamanla siz nəfəsinizi daha çox saxlaya biləcəksiniz. Sizin üçün daha uyğun olan ritmi seçərək ona riayət etməyə çalışın.

Baş barmağınızı çəkərək, sağ burun dəliyinizi açın. Sol burun dəliyini bağlı saxlayın. 8-ə qədər sayarkən sağ burun dəliyi ilə yavaş-yavaş nəfəsinizi verin. Bununla da bir tənəffüs sikli tamamlanır.

Sonra eyni hərəkətləri təkrarlayın, amma bu dəfə sol burun dəliyini sıxaraq, sağ burun dəliyi ilə nəfəsi almaqla başlayın. Beləliklə, 4-ə qədər sayarkən nəfəsi alırsınız, 16-ya qədər sayaraq nəfəsinizi tutursunuz, 8-ə qədər sayarkən nəfəsinizi buraxırsınız.

Burun dəliklərinizi növbələşdirməklə, proseduru 4-5 dəfə təkrarlayın. Həyat tonusunu tez qaldırmaq üçün texnikanı hər burun dəliyi ilə 4-5 dəfə yerinə yetirmək lazımdır. Bu, sizin bədəninizi və auranızı canlandırıcı enerji ilə dolduracaq.

Pranayamanın əsas texnikasından başqa, digər texnikalarına da yiyələnməklə, energetikanın təmizlənməsinə, sakitləşməyə və zehni imkanların və fiziki gücün artırılmasına nail olmaq olar.


Auranı necə təmizləmək və gücləndirmək olar?       [ardını oxu] >>


Sağlam aura bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: