"Biz təbii olanı seçirik!" RU   
   Kimyasız EVİM

Qabları hansı zərərsiz təbii vasitələrlə yumaq olar?

Şəkil

Əksər insanlar qab yuyarkən kimyəvi tərkibli yuyucu vasitələrdən istifadə edirlər. Lakin bu kimyəvi birləşmələrin hətta qabları dəfələrlə suyla yaxaladıqdan sonra da qabların səthində qalaraq, qida qəbulu zamanı bədənimizə daxil olduğunu, orqanizmimizdə, xüsusən qara ciyərimizdə toplanaraq, tədricən ciddi sağlamlıq problemlərinə səbəb olduğunu heç də hamı düşünmür.

Buna görə də, zərərli kimyəvi tərkibli yuyucu vasitələri effektivliyinə görə heç də geri qalmayan təbii vasitələrlə əvəz etsək, özümzün və ailə üzvlərimizin sağlamlığını qorumuş olarıq.

Qeyd etmək lazımdır ki, təbii vasitələr çox vaxt daha qənaətlidir və qab yumaq üçün reklam olunan bahalı vasitələri lazımınca əvəz edə bilir.

Beləliklə, soda, sirkə, limon duzu, paltar sabunu və uşaq sabunu istifadə etməklə qab yumaq üçün bir neçə təbii vasitələri nəzərdən keçirək.

Qab yumaq üçün təbii limonlu gel

Yarım stəkan paltar sabununu (kimyəvi əlavəsiz) sürtkəcdən keçiririk, yarım stəkan qaynar su əlavə edərək, sabun tam əriyənədək yaxşı-yaxşı qarışdırırıq. Qarışdırmağa davam edərək, 2 xörək qaşığı qliserin, eyni qədər limon şirəsi və bir desert qaşığı spirt (tibbi) əlavə edirik. Alınan geli plastik qaba tökərək, qab yuyarkn istifadə edirik. Hazır vasitəni bir neçə ay saxlamaq olar.

Sodalı universal yuyucu pasta

Bir parça uşaq sabununu (kimyəvi əlavəsiz) sürtkəcdən keçiririk, bir stəkan isti su əlavə edirik, mikserlə qatışdırırıq. Sonra yenə bir stəkan su əlavə edərək, qatışdırmağa davam edərkən 250 q sodanı yavaş-yavaş əlavə edirik. Pastanı qabaqlı qabda saxlayırıq.

Bu pasta yağı, qazanları, tavaları, boşqabları əla təmizləməklə yanaşı, əlüzyuyanı, santexnikanı, vannanı və kafeli ərpdən və ləkələrdən azad edir. Bunun üçün pastanı problemli yerlərə tökürük, təxminən bir saat saxladıqdan sonra fırça ilə təmizləyirik.

Yağı təmizləmək üçün xardal tozu

Xardal tozu hətta soyuq suda da yağın öhdəsindən yaxşı gəlir və qabları tərtəmiz edir, qazan və tavaların səthini zədələmədən yapışmış qida qalıqlarını yaxşı təmizləyir.

Yağlı qabların üzərinə xardal tozu səpərək, qaynar su töküb yumaq və ya tozu birbaşa süngərin üzərinə səpməklə qabları yumaq və yaxud da qab yumaq üçün xardal məhlulu hazırlamaq olar. Bunun üçün 1:2 nisbətində xardal tozunu otaq temperaturunda suda həll edirik və hazır vəziyyətə gəlməsi üçün bir az gözlədirik. Xardal məhlulunu qab yumaq üçün adi qabda saxlamaq olar. ?stifadə etməzdən əvvəl mütləq çalxalamaq lazımdır.

Yanmış qidanı təmizləmək üçün vasitələr

Yanmış qidanı qazan və tavalardan təmizləmək üçün onarın üzərinə soda səpmək, qaynar su tökərək nəmləndirmək və gecə saxlamaq lazımdır. Bu üsulla siz yanmış qida qalıqlarını asanlıqla təmizləyə biləcəksiniz.

Digər üsul isə belədir: qazanı və ya tavanı yarıya qədər su ilə doldururuq, ir qədər təbii yuyucu vasitə əlavə edirik və zəif odda 15 dəq qaynadırıq. Bundan sonra qida qalıqlarını asanlıqla təmizləmək olar.

Yanmış səthi təmizləmək üçün effektiv vasitə

Bu çoxfunksiyalı vasitə həm paslanmaz polad və emallı qazanları yumaq, həm də plitəni, sobanı, mətbəx dolablarını və qapı dəstələrini təmizləmək olar.

1/4 stəkan qida sodası və 1/4 stəkan hidrogen peroksidi qarışdırırıq. Qatışığı yanmış səthə çəkərək, 5 dəq gözləyirik. Sonra qabı və ya səthi yumşaq süngərlə yaxşı-yaxşı yuyuruq.

Hidrogen peroksid tez parçalandığı üçün bu effektiv vasitə istifadədən bilavasitə əvvəl hazırlanmalıdır. Əvvəlcədən hazırlayıb saxlamaq olmaz.

Paslanmaz poladı təmizləmək üçün qatışıq

Paslanmaz poladdan olan mətbəx ləvazimatlarını təmizləmək üçün sodanı sirkə ilə qarışdırmaq və alınmış pasta ilə metal səthi sürtmək, su ilə yaxalayaraq, qurutmaq lazımdır.

ərpə qarşı və dezinfeksiya üçün sirkə

Sirkənin su ilə qatışığı (1:1) şüşə qabları, qaralmış alüminium qazanları və çəngəl-bıçağı ərpdən təmizləyir.

Bu məhlulla həmçinin istənilən səthləri (masanı, mətbəx dolabının iş sahəsini, doğrama taxtalarını) dezinfeksiya etmək üçün istifadə etmək tövsiyə olunur.


Kimyasız EVİM bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: