"Biz təbii olanı seçirik!" RU   
   Kimyasız EVİM

Çay sodasını evdə necə istifadə etmək olar?

Şəkil

Çay sodası insanlara çoxdan məlumdur. Hələ qədim misirlilər bu məhlulu evdə, həm də mumyalama zamanı istifadə edirdilər. Müasir insanlar da çay sodasını evdə istifadə etməyi öyrənmişlər.

Aşağıdakı məsləhətlər evdə sizə yardımçı olaraq, həyatınızı asanlaşdıra bilər:

1. Paxlalı bitkilərin hazırlanmasını tezləşdirmək üçün 1 litr suya 1 çay qaşığı çay sodası əlavə etmək kifayətdir.

2. Soyuducuda saxlanan ərzaqlar müxtəlif xoşagəlməz qoxuların yaranmasına səbəb olur. Onları aradan qaldırmaq üçün soyuducuya kiçik boşqabda 70 qram soda qoyun.

3. Ağ kələmi bişrərkən suya 1 çay qaşığı soda əlavə etsəniz kələm olduqca daha tez bişər.

4. Meyvə və tərəvəzləri sodalı su ilə yusanız çoxlu sayda mikrobları məhv etmiş olarsınız.

5. Almalı piroq bişirərkən 0,5 kq almaya 0,5 çay qaşığı əlavə etsəniz meyvənin turşluğu itər. Beləliklə, piroqa daha az şəkər əlavə edə bilərsiniz.

6. Xalçanın üzərinə nazik təbəqə şəklində soda səpsəniz, bir neçə saatdan sonra xalçanın xoşagəlmzə qoxusu itər. Soda xalçanın üzərindən tozsoranla təmizləmək olar.

7. Yayda ağcaqanadlar çoxlarını bezdirir. Onların sancdığı yerlər uzun müddət qaşınır və göynəyir. Ağcaqanadların sancdığı yerlərin sizi narahat etməsinin qarşısını almaq üçün həmin yerlərə zəif soda məhlulu vurmaq kifayətdir.

8. Uzun müddət ayaq üstə qaldıqda ayaqlarda yorğunluq yaranır. Bu vəziyyəti yüngülləşdirmək üçün ayaqlarınızı soda məhlulu ilə vannaya qoyun. 10 litr suya 1,5 ay qaşığı soda əlavə etmək lazımdır.

9. 50 qram sodanı isti su ilə dolu vannaya əlavə etsəniz, sərt su yumşalacaq və vanna qəbul etdikdən sonra dəriniz zərif və yumşaq olacaq.

10. Bir çox insanların ayaqları tərləyir. Bu halı aradan qaldırmaq üçün ayaqqabının içinə bir qədər soda səpmək kifayətdir. İş günündən sonra ayaqqabınızı çıxardıqda sodanı ayaqabınızdan təmizləyin.

11. Əgər tərə qarşı dezodorantınız gözlənilmədən qurtarsa, narahat olmağa dəyməz. Qoltuqlarınızın altına bir qədər soda sürtməklə tər qozusu ilə mübarizə apara bilərsiniz.

12. Şaxtalı havada gəzdikdən sonra dəri çox quruyur. Bunun qarşısını almaq üçün, küçəyə çıxmazdan əvvəl soda məhlulu ilə üzünüzü yuyun. Bunun üçün 1 çay qaşığı sodanı 1 litr isti suda həll edərək yaxşı qarışdırın.


Kimyasız EVİM bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: