"Biz təbii olanı seçirik!" RU   
   Psixologiya

Ev tapşırığı ibtidai sinif şagirdlərini məhv edir

Şəkil "Ev tapşırığı ibtidai sinif şagirdlərini məhv edir" - 25 il ərzində apardığı çoxsaylı tədqiqatlar nəticəsində yazdığı kitabında Harris Cooper ev tapşırığının ibtidai sinif şagirdlərinə təsiri ilə bağlı belə konkret fikir səsləndirmişdir.

O öz kitabında ev tapşırığının müxtəlif siniflərin şagirdlərinə təsirinin qiymətləndiməsini aparır. Onun fikrincə, ev tapşırığının yerinə yetirilməsi yuxarı sinif şagirdlərinin müvəffəqiyyətində müsbət rol oynadığı halda, orta sinif şagirdləri üçün bu rol daha kiçikdir, ibtidai siniflərdə isə ümumiyyətlə heç bir müsbət effekt vermir.

Müəllimlər nə üçün ibtidai sinif şagirdlərinə ev tapşığırı verməməlidirlər?

Ev tapşırığı şagirddə məktəbə qarşı mənfi münasibətin yaranmasına səbəb ola bilər. Uşaqda məktəbə qarşı ikrah hissi yaratmaq valideynlərin əsla istəmədiyi bir haldır. Uşaqlar, əksinə, əylənərək öyrənməlidirlər.

Erkən dövrdə ev tapşırıqlarının yerinə yetirilməsi həmçinin uşağın öz ailəsi ilə münasibətlərini korlaya bilər. Ev tapşırığının məqsədi ailəni uşağın təhsil prosesinə cəlb etmək olsa da, aşağı sinif şagirdlərində tamamilə əks nəticəyə gətirib çıxarır. Uşağın yaşı az olduğu üçün valideynlər ona ev tapşırığını xatırlatmalı olurlar. Lakin məktəbdə keçirdiyi yorucu saatlardan sonra uşağın ən az eşitmək istədiyi ev tapşırığıdır. Bu, adətən uşaqla yorucu mübarizəyə çevrilir və belə vəziyyət ev tapşırığının həqiqətən də şagird üçün faydalı olduğu yuxarı yaş dövründə də davam edə bilər.

Ev tapşırığı süni məsuliyyət hissi yaradır. Ev tapşırığının yerinə yetirilməsinin tərəfdarları bunu məhz uşağa məsuliyyət hissinin aşılanması ilə əsaslandırırlar. Lakin bu, daha yuxarı yaşda əhəmiyyətlidir. Kiçik yaşda isə, validenləri hər gün uşağa ev tapşırığını xatırlatmalı olduğu dövrdə, məsuliyyət yaratmaq məsədi mənasızdır.

Ev tapşırığı şagirdin uşaqlığını əlindən alır. Aparılmış tədqiqatlara əsasən ev tapşırıqları ucbatından uşaqların vaxtının çoxu hərəkətsiz vəziyyətdə keçir. Bütün məktəblilər, xüsusən aşağı sinif şagirdləri axşamlarını və bazar günlərini aktiv, açıq havada oynamaqla, yoldaşları ilə birlikdə idmanla və s. ilə məşğul olaraq keçirtməlidirlər. Müəllimlər və valdeynlər uşaqların bu cür məşğuliyyətlərinə daha çox şərait yaratmalıdırlar.

Məktəbdə məhsuldar olmaları üçün uşaqların istirahətə ehtiyacları vardır. Bu, ev tapşırığının yaratdığı problemlərdən biridir: o, uşaqların istirahət və yuxu vaxtını əllərindən alır. Uşaqlar hər gün təxminən 10 saat yatmalıdırlar, ona görə də, vaxtında yatıb, dincəlmiş halda yuxudan durmalıdırlar. Biz uşaqlardan məktəbdə yüksək diqqət və məhsuldarlıq tələb ediriksə, onların tam istirahətini təmin etməliyik.

Kiçik uşaqlar üçün ev taşırığının 3 alternativi

Oxumağı təşviq edin. Tədqiqatlara əsasən, kitab oxumaq ev tapşırığını yerinə yetirməkdən daha effektiv və faydalıdır. Müəllimlər və valideynlər uşaq üçün maraqlı olan mövzularda kitab tapıb, oxumaları üçün onlara verə və ya özləri uşaqlar üçün oxuya bilərlər. Təbii ki, hər uşaq üçün fərdi kitab tapmaq hamıya eyni ev tapşırığını verməkdən çətindir. Amma nəticə buna dəyər.

Uşağa gündəlik işləri gördürməklə ona məsuliyyətli olmağı öyrətmək olar. Ev tapşırığı vermək əvəzinə ona səhərlər vaxtında durmağı və sərbəst geyinməyi, öz çarpayısını yığışdırmağı, ev işlərində kömək etməyi və s. öyrədin.

Uşağa daim nəsə yeni bir şey öyrənməyi, yeni şeylər bacarmağı öyrədin. İbidai sinif şagirdləri hər gün təzə bir şey öyrənirlər. Müəllimlər və valideynlər uşağın bunu dərk etməsinə şərait yaratsalar, uşağın daha çox öyrənmək üçün ev tapşırığına ehtiyacı olmayacaq. Uşağı muzeylərə, sərgilərə aparın. Orda o, güman etdiyinizdən də çox öyrənə bilər.

Texnologiya və internet asılılığından necə qurtarmaq olar?


Faydalı məlumatı dostlarınızla bölüşün: