"Biz təbii olanı seçirik!" RU   
   S a ğ l a m     n ə s i l

İmmunitet nədir və uşağın immuniteti necə inkişaf edir?

Şəkil

Uşaqlıqda immun sistemin möhkəmlədilməsi yetişkin həyatda möhkəm sağlamlığın təmin edilməsində mühüm rol oynayır.

Rasional qidalanmaqla yanaşı, sağlam ətraf mühit uşağın immun sisteminin inkişafı üçün zəruridir. Lakin sağlam ətraf mühit haqqında danışarkən həddən artıq təmiz və steril şərait başa düşülməməlidir. Çünki immunitetin inkişafı üçün ərtraf mühitdə olan mikrob və bakteriyalara da ehtiyac vardır.

İmmunitet nədir?

İmmunitet orqanizmin müdafiə sistemidir. İlk növbədə, mikroorqnizmlərin bizim orqanizmimizə ağız, burun və dəri vasitəsilə daxil olmasının qarşısını alan immunitet, eyni zamanda, artıq orqanizmə daxil olmuş mikroorqanizmlərin bədəndə xəstəlik törətməsinə və digər orqanlara keçməsinə mane olur. İmmunitet dalağın, limfa düyünlərinin, ağ qan hüceyrələrinin, makrofaqların və s.-nin birgə fəaliyyətindən ibarət mürəkkəb sistemdir.

Uşağın immuniteti necə inkişaf edir?

Bir yaşadək uşağın immun sisteminin möhkəmlənməsi müəyən özəlliyə malikdir, çünki bu dövrdə körpələrdə immunitet hələ formalaşmamışdır və bir sıra fərqli xüsusiyyətlərə malikdir:

İnsanın immun sistemində immunoqloblinlərin, yəni qoruyucu antitellərin 10 sinfi mövcuddur. Bir yaşadə uşaqlarda onlardan yalnız biri aktiv vəziyyətdədir - bu, körpənin bətndaxili inkişaf mərhələsində qazandığı G immunoqlobulinidir.. Qalan digər immunoqlobulinlərin hasilatı hələ yatmış vəziyyətdədir.

İlk üç ayda körpənin orqanizmini yalnız ananın antitelləri qoruyur. Körpə ananın antitellərini bətndaxili həyatının son trimestrində alır. Buna görə də, vaxtından əvvəl - 28-32 həftəliyində doğulmuş körpələrhəmin antitellərin hamısını anadan ala bilmir və nəticədə, zəif immunitetlə doğulurlar.

Təxminən 6 ayınadək körpənin orqanizmində ananın antitelləri (G immunoqlobulinlər) olur. : aydan sonra uşağın özünn xüsusi immuniteti formalaşmağa başladığı üçün anadan aldığı antitellərin sayı azalır və körpənin immuniteti ancaq bir yaşınadək güclənir. Bu səbəblərdən bir yaşadək uşaqlar soyuqdəymə və allergiyaya dah açox meyllidirlər.

Nəticə etibarilə, körpənin immun sisteminə müdaxilə etməzdən əvvəl onun həqiqətən də dəstəyə ehtiyacı olub-olmadığından əmin olmaq lazımdır. Əgər uşaq il ərzində 3-4 dəfə kəskin respirator virus xəstəliyi keçirmişsə, tez-tez allergiyalara meylli deyilsə, onun immunitetini möhkəmlətmək məqsədilə hansısa təcili tədbirlərə əl atmağa ehtiyac yoxdur.

İmmunitetin zəif olmasının əlamətləri

Körpənin immunitetinin zəif olduğunu aşağıdakı əlamətlərlə aydınlaşdırmaq olar:
Tez-tez (hər iki aydan bir və daha çox) angina, otit şəklində ağırlaşmalarla kəskin respirator virus infeksiyasına yoluxması.
İltihabi və infeksion xəstəliklər zamanı hərarəti yüksəlmir.
Boyun və qoltuqaltı limfa düyünlərinin ölçüsü daim böyümüş vəziyyətdədir.
Disbakterioz əlamətləri: ishal, qəbizlik, allergik dermatit, diatez.
Tez yorulma, yuxululuq, kapriz, dəri səthlərinin solğun olması.
Allergiyalara yüksək meyllilik.

Həddən artıq təmizliyin uşağın immunitetinə mənfi təsiri [ardını oxu >>]

S a ğ l a m    n ə s i l  bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: