"Biz təbii olanı seçirik!"
   Təbiət və sağlamlıq

Qara ciyər yağlanması ciddi fəsadlar törədir

Şəkil

Qara ciyər yağlanması qaraciyər hüceyrələri daxilində piyin toplanması nəticəsində meydana çıxan xəstlikdir. Qara ciyərin hüceyrələri daxilində piyin toplanması qara ciyərin sərtləşməsi və zədələnməsi ilə müşayiət olunur ki, bu da nəticədə serroza gətirib çıxara bilər.

Köklük və insulin rezistentliyi, az hərəkətli həyat tərzi və, əlbəttə ki, yalnış qidalanma qara ciyərin yağlanmasına gətirib çıxara bilər.

Qara ciyərin yağlanmasının əsas səbəbləri

Qara ciyərin yağlanmasının əsas səbəbləri arasında qeyri-düzgün qidalanma və az hərəkətlihəyat tərzini göstərmək olar. Çəkisi artıq olan insanlar, diabet xəstələri, tez-tez kökəlib-arıqlayanlar və bəzi genetik problemləri olan şəxslər qara ciyər yağlanması ilə bağlı risk qrupuna daxildirlər.

Tez yorulma qara ciyər yağlanmasından xəbər verə bilər

Qara ciyərin yağlanması yorğunluq, əzginlik, süstlük və s. kimi əlamətlərlə özünü göstərir. Tez yorulma yüksək dərəcəli qara ciyər yağlanması zamanı xüsusən nəzərə çarpır.

Qara ciyərin yağlandığını necə öyrənmək olar?

Qara ciyər yağlanmasının əsas diaqnostika üsulu ultrasəs müayinəsidir. Bu üsul xəstənin sağlamlığına heç bir zərər vermədən qara ciyərin quruluşunu görməyə imkan verir. Əgər ultrasəs müayinəsi nəticəsində xəstənin qara ciyərinin yağlandığı müəyyən olunarsa, o, qara ciyər göstəricilərinin yüksəlib-yüksəlmədiyini və ya insulin rezistentliyinin olub-olmadığını müəyyən etmək üçün qan analizi verməlidir.

Əgər analizlərin nəticəsinə görə hər hansı pozuntu aşkarlanarsa, xəstə 3 və ya 6 ay ərzində müşahidə altında olmalıdır. Bunun adi və ya proqressiv yağlanma olduğunu təyin etmək üçün, qara ciyərin biopsiyası həyata keçirilir. Bu zaman qara ciyərdən çox kiçik hissə götürülərək müayinə edilir ki, bu da mümkün fəsadların olmasını və qara ciyərin sərtləşmə dərəcəsini (fibrozis) dəqiqləşdirməyə imkan verir.

Qara ciyəri yağlanmadan necə qoruya bilərik?

Qara ciyər yağlanmasının qarşısının alınmasının əsas yolları pəhriz və idmandır. Bunlar artıq çəkisi olanların ideal çəkiyə nail olmalarına, eləcə də insulin dirəncinin aradan qaldırılmasına yönəlmişdir.

Pəhriz dedikdə, gündəlik qəbul edilən kalorilərin azaldılıması, triqliseridlərin daha az istifadə olunması, çoxlu miqdarda tərəvəzdən istifadə, yüksək qlikemik indeksə malik ərzaqların rasiondan çıxarılması nəzərdə tutulur.

Ayda 3 kq-dan artıq çəki itirmək tövsiyə olunmur. Çünki sürətli çəki itirmək və çəki artırmaq eynilə qara ciyər yağlanmasına gətirib çıxaran səbəblərdən biridir.

İnsulin dirənci qara ciyər yağlanmasının əsas səbəblərindən biridir. Buna görə də qara ciyəri yağlanmış şəxslər gündəlik fəallıqlarını artırmalıdırlar. Qara ciyər yağlanması zamanı ən çox tövsiyə olunan idman növü həftədə ən azı 150 dəq sürətli yeriş və ya yüngül qaçışdır. Ağır fiziki məşğələlər məsləhət görülmür.



Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri       [ardını oxu] >>


Sağlamlıq bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: