"Biz təbii olanı seçirik!" RU   
   Şəfa   mənbəyi  qidalar

30 saniyədə evdə hazırlanan mayonez

Şəkil

Bu gün müxtəlif zərərli əlavələrdən ibarət bir çox qida məhsulu həyatımıza daxil olmuşdur. Belə qida məhsullaından biri dadlı yeməklərdə və salatlarda istifadə etdiyimiz mayonezdir.

Buna görə də, özünün və ailəsinin sağlamlığının qeydinə qalan hər bir xanım mağazadan alınan mayonezdən mümkün qədər az isifadə etməyə və onu evdə hazırlanan təbii mayonezlə əvəz etməyə çalışmalıdır. Bəs evdə 30 dəqiqə ərzində mayonezi necə hazırlamaq olar?

Lazımi ərzaqlar:
yumurta - 1 ədəd
günəbaxan yağı - 2/3 stəkan
limon şirəsi - 2 yem. qaşığı
duz - 1 çay qaşığı
bir qədər istiot- arzuya görə

Hazırlanışı:
Geniş ağızlı təmiz, quru şüşə banka götürün. Yumurtanı, günəbaxan yağını, duzu (arzu edilərsə, istiot) əlavə edin və mikserlə 10-15 saniyə qatışdırın. Mayoneziniz hazırdır.
Bankanın qapağını bağlayın və souducuya qoyun.

Diqqət:
Ev mayonezini ən çox 2 və ya 3 gün ərzində istifadə etmək olar. 2-3 gündən sonra mayonezi istifadə etmək tövsiyə olunmur. Buna görə də lazım olduqca, az-az hazırlayın və dərhal istifadə edin.

Zeytun yağı mayonezə özünəməxsus dad və sarımtıl rəng verdiyi üçün onu istifadə etmək məsləhət görülmür.

Arzu etsəniz, hazır mayonezə xardal da əlavə edə bilərsiniz.

Ev mayonezi tez xarab olur. Buna görə də otaq temperaturunda saxlamayın - dərhal istifadə edin və ya soyuducuya qoyun (maksimum 2-3 günlük).

Əgər mayoneziniz alınmasa, yəni eynicinsli kütlə əldə edə bilməsəniz, yağ və yumurta qatışığını atmayın - onu un məmulatları hazırlayarkən istifadə etmək olar.



Şəfa mənbəyi qidalar >>


Faydalı məlumatı dostlarınızla bölüşün: