"Biz təbii olanı seçirik!"
   Şəfa   mənbəyi  qidalar

Limonlu və sarımsaqlı şəfalı sous

Şəkil

Asan hazırlanan və çox ləzzətli olan limonlu, sarımsaqlı və zeytun yağlı sousu tərəvəz yeməklərinin, düyünün, ət yeməklərinin üzərinə əlavə edərək və ya sadəcə çörəyin üstünə çəkərək yemək olar.

Bu sous sarımsağı müalicə məqsədilə istifadə etmək istəyən, lakin onu təkbaşına yeyə bilməyən şəxslər üçün tapıntıdır.

İçindəkilər:
sarımsaq - 5-7 diş
limon - 1 əd.
narşərab - 1-2 xör. qaşığı (zövqə görə artıra bilərsiniz)
zeytun yağı - 2-3 xörk qaşığı
iri duz
İstəyə görə kəklikotu, nanə, şüyüd əlavə etmək olar.

Hazırlanması:
Sarımsaqları taxta həvəngdəstədə döydükdən sonra üzərinə limon suyu, narşərab, zeytun yağı və duz əlavə edərək qarışdırırıq. Şəfalı sousumuz hazırdır.

Ədviyyat sevənler üçün:
Sousdan bir qədər ayırıb üzərinə kəklikotu, nanə, şüyüd və ya digər əlavələr edərək, zövqünüzə görə dadını zənginləşdirə bilərsiniz.

Nuş olsun.



Şəfa mənbəyi qidalar >>


Faydalı məlumatı dostlarınızla bölüşün: